18 yaşlı sürücü piyadanı vuraraq öldürüb

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Bahadur Hüseynov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Əflatun Məhərrəmovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

01.11.2022 10:15
715