Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-cu il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.
Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.
Faktla bağlı araşdırma aparılır.