18 yaşlı gənci "tok" vurub öldürdü

Ağstafada bədbəxt hadisə baş verib.

Hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı vuraraq öldürüb.

İlkin məlumata görə, hadisə qəsəbənin stadionunda baş verib.

Polis əməkdaşları əraziyə cəlb olunub.//APA

10.03.2024 22:02
699