18 yaşlı gənc faciəvi şəkildə öldü

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, olay şəhərin M. Hadi küşəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

12.02.2024 00:04
519