Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin müəllimi sosial şəbəkədə məktəb direktorunun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən öldüyünü iddia edən məlumat paylaşıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsidən Oxu.az-ın sorğusuna cavab olaraq yazılan məlumat tam təkzib olundu.
Bildirildi ki, məktəbdə 18 müəllimin sertifikasiya imtahanından kəsilməsi doğru məlumat deyil:
"Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib.
Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem vardı. Bu üzdən ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, sertifikasiya imtahanı iyun ayının 8-də keçirilib, direktor isə iyunun 10-da dünyasını dəyişib.
Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur".