Yeni Zelandiyada qətl törətməkdə şübhəli bilinərək 18 il həbs cəzasına məhkum edilən şəxs azadlığa buraxılıb.
Musavat.com xarici mediyaya istinadən xəbər verir ki, Alan Hall 1985-ci il həbs edilərək 9 il cəza çəkdikdən sonra 1994-cü ildə sərbəst buraxılıb.
Daha sonra 2012-ci ildə yenidən tutularaq cəzaçəkmə müəssisəsinə göndərilib. Həmin şəxsin günahsız olduğuna qərar verən məhkəmə yalnış qərar səbəbilə eks məhkumdan üzr istəyib və kompensasiya vermək üçün məhkəmə ona 3 milyon dollar pul ödənməsinə qərar verib.
Musavat.com