ABŞ-nin Azərbaycandakı səfirliyində çalışmaq üçün yüksək məvacib qarşılığında xadimə axtarılması ilə bağlı elan müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan elanda 5 günlük iş üçün 1739 manat maaş veriləcəyi qeyd edilib.
Xadimə işi qarşılığında təklif olunan məbləğ Azərbaycanda yüksək hesab olunan məbləğ olduğundan insanlar təəccübünü gizlədə bilməyiblər.
Elanın həqiqəti əks etdirib-etdirməməsi isə maraq doğurub.
ABŞ-nin Bakıdakı səfirliyindən məlumatı Ölkə.Az-a təsdiqləyiblər.
Məlumata görə, iş rejimi həftədə 40 saatdır.
Xadimənin əsas vəzifələri otaqları təmizləmək, külqabı və zibil qutularını boşaltmaq, mebelləri tozunu silmək, paltar yumaq və ütüləmək, ev təsərrüfatları, qonaqlar, rəsmi qəbullar, şam yeməyi və digər funksiyalar üçün yemək və içkilərin hazırlanmasında köməklik göstərmək, qonaqları qarşılamaq, bitkilərə qulluq etmək, zəruri hallarda digər işçilərə köməklik göstərmək, verilən digər vəzifələri yerinə yetirmək və sairədir.
Vakansiya üçün müraciət edəcək şəxslərdən orta məktəbi bitirmək, ev qulluqçusu kimi ciddi iş təcrübəsinin olması, gigiyenik iş tələblərini bilmək, Azərbaycan dilini normal, ingilis dilini orta səviyyədə bilmək tələb olunur.