Türkiyənin İzmir şəhərində dəhşətli hadisəs baş verib.
Musavat.com xəbər verir ki, 17 yaşlı yeniyetmə 74 yaşlı babasını ayağından güllələyib.
Ayağından yaralanan Mehmet A. dərhal xəstəxanaya çatdırılıb. Sözügedən hadisə anı ətrafdakı təhlükəsizlik kamerasına əks olunub. Videoda yeniyetmənin babasının yaşadığı mənzilin qapısının zəngini basaraq gizləndiyi, qapını açan zaman babasına tapança ilə atəş açaraq qaçdığı görünür.
Polis 17 yaşlı yeniyetməni hadisəni törətdiyi silahla birlikdə yaxalayıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
Musavat.com