Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, rayonun Sabirabad kənd sakini 2007-ci il təvəllüdlü Şükürov Mirhəsən Aftandil oğlu kənddə yerləşən su bəndində boğulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yeniyetmə həmin kənddə nənəsi ilə qalırdı. O,11-ci sinifində təhsil alırdı.