Dünən saat 19:00 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvili bıçaqla qətlə yetirilib. Albina Papiaşvilinin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvili tərəfindən bıçaqlanması barədə şübhələr müəyyən edilib.
Jora Papiaşvili əvvəlcə hüquq mühafizə orqanlarına bacısının bilmədiyi şəxs tərəfindən qətlə yetirildiyini bildirib.
Lakin peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşının bıçaqla çoxsaylı xəsarətlər yetirərək yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Jora Papiaşvili Qax rayonunda şübhəli şəxs qismində saxlanılıb.//BAKU.WS