Rusiyanın Saratov vilayətinin sakini olan qadının azərbaycanlı Zaur Məmmədovla sevgi münasibətləri gündəm olub.
Qız bir neçə il əvvəl, 16 yaşında olarkən bakılı sevgilisi ilə tanış olub. Əslində 32 yaşı olan Zaur özünü Stas kimi təqdim edərək 24 yaşı olduğunu deyib.
Əvvəlcə Zaur özünü gözəl sevgili kimi aparıb. Amma sonra qız münasibətlərini kəsmək qərarına gələndə, oğlan əsəbiləşib. O, qızı oxuduğu institutun yaxınlığında hədə-qorxu ilə maşına mindirərək Soçiyə aparıb. Daha sonra qızı valideynlərinə hər şeyin yaxşı olduğu barədə mesaj yazmağa məcbur edib.
Qız Saratova qayıdanda Zaur avtomobilini sevgilisinin atasının maşınına çırpıb və kişini öldürməklə hədələyib.
Nəticədə Saratov sakini Zaurun əleyhinə polisə ərizə yazıb və hüquqi yardım göstərən ictimai fəallara müraciət edib.
Daha sonra Saratovdakı Azərbaycan muxtariyyətinin sədri, vilayətin İctimai Palatasının, həmçinin Daxili İşlər Nazirliyi yanında ictimai şuranın üzvü Vladimir Muradov diasporun “bu çirkin əməli” qətiyyətlə pislədiyini bildirib. O əlavə edib ki, təqsirkar qanun çərçivəsində maksimum dərəcədə ədalətli cəzasını almalıdır.//Lent.az