16 yaşlı məşhur aktyor öldü - FOTO

"Baby Driver" filmində rol alan 16 yaşlı Hudson Cozef Mik dünyasını dəyişib.

Aktyor ötən həftə Alabama ştatının Vestavia Hills şəhərində hərəkətdə olan avtomobildən yıxılıb.

Travma alan Mik aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq, iki gün sonra dünyasını dəyişib.

Gənc amerikalı aktyor uşaqlığından bəri bir çox layihələrdə iştirak edib. O, 2017-ci ildə "Baby Driver" filmində canlandırdığı "Gənc körpə" obrazı ilə adından söz etdirib. (Publika.az)

27.12.2024 10:52
820