Kahramanmaraşda xilasetmə qrupları 156-cı saatda 9 yaşlı Semihi dağıntılar altından sağ çıxarıb.
Musavat.com xəbər verir ki, yaşanan sevincli anlar zamanı 9 yaşlı uşaq hər kəsi güldürməyi də bacarıb.
Xilasetmə qruplarının “Nə istəyirsən” sualına 9 yaşlı balaca “marketə getmək, telefon almaq istəyirəm”,-deyə cavab verib.
Onun bu cavabı ətrafdakı hər kəsi güldürüb. 9 yaşlı Semih Ege təcili yardımla xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Musavat.com