15 yaşlı oğlana qarşı əxlaqsız hərəkətlər etdi - ŞOK DETAL

Yetkinlik yaşına çatmayan oğlana qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, 46 yaşlı Qafar (ad şərtidir) Binə qəsəbəsində 15 yaşlı oğlan uşağına qarşı əxlaqsız hərəkətlər edib.

Bu hadisə 3 dəfə təkrarlanıb. Qafar Binə qəsəbəsində metal və tullantı yığırmış. O, işlədiyi yerin yanından keçən 15 yaşlı oğlanı mobil telefonunda olan problemi həll etməsi üçün yanına çağırıb. Sonra onunla münasibəti yaranıb və onunla 3 dəfə münasibətdə olub. Ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etməyə başlayıb.

Qafar deyib ki, bunun qarşılığında zərərçəkmişə pul da verib. Zərərçəkmiş isə bunu təsdiq etməyib.

Hadisənin üstünü isə zərərçəkmişin anası açıb. Belə ki, 15 yaşlı oğlan evdə olan zaman anası onu yemək yeməyə çağırıb. Lakin zərərçəkmiş yatağından çıxmayıb. Anası onun yanına gedən zaman zorla yorğanı qaldırıb. Bu zaman onun sinəsində olan izləri görüb. İsrarla ondan səbəbini soruşanda baş verənləri öyrənib.

Məhkəmənin hökmü ilə Qafar 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəl də seksual xarkaterli hərkətlər etməyə görə məsuliyyətə cəlb edildiyi məlum olub.

İ.Muradov
Musavat.com

27.05.2025 09:48
1281