145 milyon borcunu ödəyib Rusiyaya qayıtdı - FOTO

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov külli miqdarda vergi borcu olması ilə gündəmə gəlmişdi.

Buna görə bloger uzun müddət Rusiyaya getməyib, Bakı və Dubayda yaşayıb. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin (FTS) bloger Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib. Buna səbəb avqustun 16-da Həsənovun Federal Vergi Xidmətinə olan 145 milyon rubl (təxminən 2,5 milyon manat) məbləğində bütün borclarını ödəməsi olub. 

Bu günlərdə isə Hüseyn yenidən Rusiyaya qayıdıb. O, Moskvadan görüntülərini izləyiciləri ilə bölüşüb. Hüseyn paylaşımına "Və salam" qısa şərhini yazıb.

Qeyd edək ki, Hüseynin vergi orqanlarına külli miqdarda borcu olması faktı ötən ayın əvvəlində bəlli olub. Daha sonra o, sosial media hesabında borcun əsas məbləğini verdiyini və tezliklə bütün cərimələri ödəyəcəyini açıqlayıb. Lakin nəşrin görə, bloger 10 milyon rubldan az (189 min 846 manat) pul ödəyə bilib və hələ də dövlətə 144,8 milyon rubl ( 3 milyon manata yaxın) borcludur.

Bundan əlavə, Hüseynin də payı olduğu "Banda Foods MMC" çatdırılma şirkəti tərəfindən 645 min rubl borcuna görə məhkəməyə verilib.//Axşam.az

02.10.2024 09:29
13147