Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Əfsər yetkinlik yaşına çatmayan Samirə (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.
Əfsər "İnstagram" sosial şəbəkəsində tanış olaraq ünsiyyət qurduğu 2009-cu il təvəllüdlü Samirə ilə münasibət yaradıb. Samirə ailə qurmaq məqsədi ilə yaşadığı evdən çıxıb və Əfsərlə görüşüb.
Onlar Əfsərin Lökbatan qəsəbəsində kirayə tutduğu həyət evinə gətirib. Onlar həmin evin yataq otağında qarşılıqlı istəklə təbii yolla cinsi əlaqədə olublar.
İstintaq orqanı tərəfindən Əfsərin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisədən təxminən 3 həftə öncə "İnstagram" sosial şəbəkəsində təsadüfən Samirə ilə tanış olublar: "Bir az söhbət etdikdən sonra biri-birimizə şəkillərimizi göndərdik, yaxından tanış olub, biri-birimizdən xoşumuz gəldiyi üçün ünsiyyətimizi sosial şəbəkədə davam etdirdik. Mən özüm barəmdə, Samirə özü haqqında məlumatlar verdik. Yəni mən Samirəyə 16, Samirə isə mənə guya 14 yaşının olduğunu bildirdi. Bundan sonra Samirə ilə ailə qurmaq qərarına gəldik".
Təqsirləndirilən şəxs qeyd edib ki, ilk dəfə Samirə ilə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində parkda görüşüb və bir daha ciddi söhbət edərək ailə qurmaq qərarına gəliblər: "Lakin yaşımızın az olduğundan bunun valideynlərimiz tərəfindən icazələrinin mümkünsüz olduğunu gördük. Özümüz ailə qurmaq qərarına gəldik. Samirə ilə danışdım ki, kirayə ev tutaq, həmin evdə yaşayaq.
Həmin gün Samirədən ayrıldım. Binə qəsəbəsində kirayə ev tutdum. İki gün orada qaldım. Bundan sonra qarşılıqlı razılaşmalarına əsasən ailə qurmaq məqsədi ilə Samirə ilə Binə qəsəbəsində məktəbin qarşısında görüşdük. Samirə bildirdi ki, Binə qəsəbəsində kirayə tutduğum evdə qala bilməz. Qəsəbə balacadır, görən olar, ayıbdır.
Bundan sonra Lökbatan qəsəbəsində kirayə ev tutmaq qərarına gəldik. Taksi sifariş verdik, Samirə ilə birlikdə Lökbatan qəsəbəsində olan "Kingsmart" marketin yanında düşdük. Avtobus dayanacağında yapışdırılmış evlərin kirayə verilməsi haqqında yadımda qalmayan elan nömrəsi ilə rastlaşdım. Həmin nömrəyə zəng edərək adını bilmədiyim qadına kirayə ev istədiyimi bildirdim.
Bundan sonra qadının dediyi həyət evinə gəldik. Orada evə baxıb, ayı 150 manata qalmağa razılaşdıq. Samirə ilə evdə qaldıq".
Əfsər deyib ki, gecəni yuxusuz olduqları üçün günortanı yatıb, lakin cinsi əlaqədə olmayıblar: "Təxminən saat 17-18 radələrində oyandıq. Gedib ərzaq məhsulları aldım və evə qayıtdım, birlikdə yemək yedik. Növbəti gün, gecə saat təxminən 01.00-da Samirə ilə yatağa uzandıq. Onunla bir dəfə təbii yolla cinsi əlaqədə olduq.
Samirə ilə bir gün də həmin evdə qaldıqdan sonra anamla əlaqə saxladım, baş verənləri anama dedim. Anam da dedi ki, Samirənin valideynləri qızlarının itkin düşməsi ilə əlaqədar polisə ərizə yazıblar. Bundan sonra Samirənin anası zəng edərək artıq bu söhbətin polis tərəfindən məlumatlı olduğunu, yerimizi soruşaraq gələcəklərini bildirdi.
Daha sonra Lökbatan qəsəbəsində "Kingsmart" marketin qarşısında Samirə anası ilə görüşərək birlikdə Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə getdik. Polisə baş verənləri olduğu kimi danışdım".
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.
Əfsərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə şərti cəza təyin olunub.//Teleqraf.com