14 il kosmosa uçacağını gözlədi, qripə görə arzusu puç oldu

“Çağırış” filminə görə orbitə uçmayan və sentyabrda qrip olduğu üçün uçuş heyətindən kənarlaşdırılan kosmonavt Andrey Babkin Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, o, dövlət başçısına müraciətində səhhətinin qiymətləndirilməsinə müstəqil ekspertlərin cəlb olunmasını xahiş edib.

Buna cavab olaraq, “Roskosmos”un kosmonavtların hazırlanması mərkəzindən bildirilib ki, iyulun 12-də rəhbərliyin iştirakı ilə genişləndirilmiş məsləhətləşmələr keçirilib. Bildirilir ki, burada həkim komissiyasının xüsusi bölməsinin üzvləri ilə yanaşı, əvvəllər astronavtı müalicə etmiş mütəxəssislər də iştirak ediblər.

Nəticədə, komissiyanın əvvəllər qəbul etdiyi rəyə yenidən baxılması üçün heç bir əsas tapılmauıb. Uçuş heyətini tərk etdikdən sonra Babkin kosmonavtlar korpusunun komandirinin elmi işlər üzrə müavini olub. O, uçuşa 14 il hazırlaşmışdı.

Musavat.com

24.10.2024 12:09
240