ABŞ-ın Florida ştatında 14 ildir gizlənən qatil avtomobili ilə işıqforun qırmızı işığında keçdiyi üçün yaxalanıb.
43 yaşlı Timoti Hikerson yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Araşdırma zamanı polis onun Virciniya ştatında axtarışda olduğunu müəyyən edib.
İstintaqın məlumatına görə, 2010-cu ilin martında Hikerson 23 yaşlı Şeyn Donahunun evinə girərək onu qarət edib. Bir neçə gün sonra Donahu yoxa çıxıb.
Hikersonun niyə onu öldürdüyü hələ də məlum deyil. İllər keçsə də, polis Donahunun qalıqlarını da tapa bilməyib.
Cinayətkar Virciniyaya ekstradisiya olunana qədər həbsxanada saxlanılacaq.