Türkiyədə sevgililər günündə qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Yumurtalık qəsəbəsində baş verib. Yaşar B. mübahisə etdiyi sevgilisi 20 yaşlı İpek Akgülü tapança ilə başından vuraraq öldürüb. Daha sonra meyiti yaxınlıqdakı suvarma quyusuna atıb.
Cinayətkar özü hadisə barədə polisə məlumat verərək təslim olub.