131 mindən çox şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb

Noyabr ayında 131 min 591 nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb.

Bu barədə Musavat.com-a DSMF-dən bildirilib.

Qeyd olunub ki, onların 102 min 234 nəfəri yaşa, 14 min 865 nəfəri əlilliyə, 14 min 492 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

09.12.2022 12:43
952