Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb.
Musavat.com-un məlumatına görə, bu gün axşam saat 18 radələrində 2011 təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Həkimlərin səyinə baxmayaraq T. Məmmədov xəstəxanaya daxil oduqdan bir qədər sonra saat 19:20-də burun və ağızdan nəməlum səbəbdən qanaxmadan dünyasını dəyişib.
Yeniyetmənin son iki gün ərzində bədən tempraturunun yüksək olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.