13 yaşlı yeniyetmə hər kəsin həyatını belə xilas etdi - VİDEO

ABŞ-ın Miçiqan əyalətində dəhşətli hadisə baş verib. 

Musavat.com xəbər verir ki, baş verən hadisədə məktəb avtobusu sürücüsünün huşunu itirdiyini görən 13 yaşlı uşaq dərhal müdaxilə edib.

13 yaşlı yeniyetmə əvvəlcə sürücünün oturacağına keçib, sonra maşını saxlayıb. Bununla da sinif yoldaşlarının həyatını xilas edən tələbə qəhrəman elan edilib.

Hadisədən sonra sürücünün səhhətinin yaxşı olduğu və xəstəxanaya aparıldığı bildirilib.

Musavat.com

30.04.2023 18:30
1334