13 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda yeniyetmə qız dəm qazından vəfat edib.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

2011-ci il təvəllüdlü Fidan Qarayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)

08.01.2024 12:06
926