13 yaşlı oğlanı maşın vurub öldürdü

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Rayonun Kiçik Qaramurad kənd ərazisində avtomobil 2011-ci il təvəllüdlü Nağıyev Elmir Azər oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb və xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Report)

22.03.2024 11:43
714