12 gəmi Ukrayna limanlarından yola düşüb

Taxıl daşınması çərçivəsində 12 gəmi Ukraynadan yola düşüb.

Musavat.com xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Ukrayna limanlarında taxılın daşınması İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında davam edir və bu gün səhər saatlarından etibarən daha 12 taxıl yüklü gəmi Ukrayna limanlarını tərk edib.

04.09.2022 20:56
505