Bu il əvvəlki illərdən bağlı qalmış 12 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.
Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib.
2022-ci ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilən peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən 12 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin olunub.
Onlardan 8-i baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq tədbirləri davam etdirilir.