112 şokoladı yediyinə görə işdən qovulan işçinin məhkəməsindən yeni xəbər var.
Qeyd edək ki, şirkətlərdən birində geri qayıdan məhsullar üzrə anbardar vəzifəsində çalışan şəxs cavabdehliyində olan 112 ədəd məşhur firmanın fındıqlı şokolad və konfetini yeyib. Şokoladların sayı düz gəlmədikdə isə şirkət anbardarı işdən azad edib.
Bununla razılaşmayan anbardar məhkəməyə üz tutub və yekunda qalib gəlib. Məhkəmə sənədləri araşdıraraq belə qənaətə gəlib ki, yeyilən şokoladlar şirkət üçün hər hansı maddi zərərə səbəb olmayıb. Həmçinin şirkət anbardarın işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqısını ödəməlidir.
Musavat.com