11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğuldu: Hadisə yerindən GÖRÜNTÜLƏR

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

"Report"un məlumatına görə, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.

Belə ki, kənd sakini 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

22.07.2024 20:45
1119