İstanbulda iş yerlərindən pulla dolu polad seyfləri oğurladığı iddia edilən 3 dost restoranda yemək yeyərkən polis tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, iş yerinin təhlükəsizlik kamerası şübhəlilərin saxlanıldığı anları lentə alıb.
Oğruların təxminən 100 min lirə pul oğurladıqları bildirilir.
Saxlanılaraq polis bölməsinə gətirilən Hıdır A., Serhat K. və Habip A. hadisə ilə bağlı sorğu-sual edilib. Şübhəlilərdən Hıdır A.-nın polisdə əvvəllər 23, Serhat K.-nın 13, Habip A.-nın isə 4 cinayət qeydinin olduğu müəyyən edilib. Şübhəlilər əməliyyatları tamamlandıqdan sonra ədliyyəyə sövq edilib.
3 şübhəli məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.
Musavat.com