100 il əvvəl Everestdə yoxa çıxan britaniyalı alpinist Endryu İrvinin qalıqları tapılıb.
Dağın şimal yamacının altındakı Ronqbuk Mərkəzi Buzlağında corab və çəkmədə aşağı ətrafın parçası aşkar edilib.
Qalıqlar onun adının işləndiyi corabla müəyyən edilib. Mallorinin cəsədi isə 1999-cu ildə təxminən eyni ərazidə aşkarlanıb.
Xarici KİV-də bildirilir ki, alpinistin qohumları bu xəbərdən dərin təsirləniblər.
Qeyd edək ki, Endryu İrvin Corc Mallori ilə birlikdə dünyanın ən yüksək zirvəsini fəth edən ilk şəxs olmağa çalışıb.
Ancaq onların hər ikisi 1924-cü ilin iyununda yoxa çıxıb.//Lent.az