10 yaşlı uşağı maşın vurdu, vəziyyəti ağırdır - FOTO

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, QAZ-31 markalı avtomobilin sürücüsü piyada, 2013-cü il təvəllüdlü Rail Nağıyevi vurub.

10 yaşlı uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat təsdiqlənib.

12.09.2023 12:47
465