10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - VİDEO

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və bundan sonra ondan hər hansı məlumat almaq mümkün olmayıb.

Atası 18 yaşlı oğlunun pis vərdişləri olduğunu söyləyib:

“Uşağın anası ilə 2009-cu ildə ayrılmışıq. Oğlumla nadir hallarda görüşürdük, icazə verilmirdi. Yanvar ayında yanıma gəldi, bir həftə qala bilmədi. Çünki ərköyün böyümüşdü, pis əməlləri var idi, içkiyə meyilli idi, siqaret çəkirdi. Mənim yanımdan ayrılıb babasının evinə getdi, indi on gündür oğlumdan xəbər yoxdur”.

Qeyd edək ki, Nəsibin valideynləri ayrılandan sonra o, ana babası İbrahim İbrahimovun himayəsində qalıb. Anası isə Türkiyədə ailə qurub və orada yaşayır.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Nəsib Quliyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

07.05.2024 02:12
1273