Türkiyənin Kütahya vilayətində 10 gündür itkin düşən S.Ç. istifadəyə yararsız olan su quyusundan çılpaq vəziyyətdə tapılıb.
Musavat.com xəbər verir ki, oğurluq ittihamı ilə axtarışda olduğu müəyyən edilən şəxs xəstəxanada müalicə olunduqdan sonra nəzarətə götürülüb.
Psixoloji problemlərinin olduğu bildirilən S.Ç. xəstəxanada müalicə olunduqdan sonra polis bölməsinə aparılıb. S.Ç.-nin su quyusunda çılpaq halda tapılması ilə bağlı polisin başlatdığı istintaq davam edir.
Musavat.com