10 gün sonra Tramp Putini vuracaq: Sülh, yoxsa sarsıntı?! - Bakı sakinləri danışır

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinə 50 günlük möhlət vermişdi. Bu müddət ərzində tərəflər arasında atəşkəslə bağlı danışıqların başlanması nəzərdə tutulurdu.

Lakin Tramp son açıqlamasında bildirib ki, Putinin bu təşəbbüsə yanaşması və onunla ünsiyyətdə sərgilədiyi davranış ABŞ rəhbərliyində ciddi narazılıq yaradıb. Tramp açıq şəkildə bəyan edib ki, Putinin qeyri-konstruktiv mövqeyi səbəbilə bu möhlət 50 gündən 10 günə endirilib.

ABŞ prezidentinin sözlərinə görə, əgər bu 10 günlük qısa zaman ərzində real addımlar atılmazsa, arxasınca sərt sanksiyalar və təzyiqlər tətbiq ediləcək. Bu xəbərdarlıq beynəlxalq gündəmdə geniş rezonans doğurub.

Bəs bu 10 gün ərzində Rusiya-Ukrayna müharibəsinin gedişatında ciddi dönüş baş verə bilərmi? Trampın bu addımı real sülh prosesinə təkan verəcək, yoxsa sadəcə siyasi təzyiq və diplomatik manevr kimi tarixə düşəcək?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

31.07.2025 18:47
266