10 avqust saat 06:00-dan 12 avqust saat 09:00-dək aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhəri, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Musavat.com xəbər verir ki, sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.