Xəbər verdiyimiz kimi, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Qətlə yetirilən polis Mahir Ağayevin atası danışıb. O bildirib ki, hadisədən səhər saatlarında xəbər tutub:
"Çətin olacaq bizim üçün. İnsan öldürmək olmaz. Allah da bağışlamır. Biz 4-5 ay sonra toy edəcəkdik"./metbuat.az
Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.
Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.
Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.
Polis serjantı Ağayev Mahir Mayıl oğlu nişanlı olub, 10 gün sonra isə toyu olacaqdı./AZXEBER.COM