1 il pul göndərdiyi şəxs görün kim çıxdı - Canlı yayımda "dili tutuldu" - FOTO

Türkiyənin ATV kanalında aparıcı Esra Erolun aparıcılığı ilə yayımlanan veriişdə daha bir qəribə olay yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, 1 milyon 400 min lirəlik dələduzluğa məruz qalan Okan adlı şəxs efirə çıxıb.

Esra Erolun verilişinə qatılan Okan1 milyon 400 min lirəsinin sevgilisi tərəfindən ələ keçirildiyini söyləyib.

Məlum olub ki, Okanın sosial şəbəkədə aldanıb yazışdığı, davamlı olaraq ona pul göndərdiyi şəxs kişidir. Murat Kandemir adlı şəxs canlı efirə qoşularaq Okana hər şeyi etiraf edib. O, Okana yolladığı şəkillərin internetdən götürdüyünü dilə gətirib.

21.09.2024 18:52
1004